Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında "Vətəndaş müraciətləri və vətəndaş məmnunluğu" mövzusunda görüş keçirilib.
Görüşdə Təhsil Nazirliyinin əməkdaşları Altun Rəcəbli, Həmid Qasımov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Gunay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev və rayon təhsil sektorunun əməkdaşları iştirak ediblər.
Görüş müddətində sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin data əsaslı qeydiyyatı və analitik təhlili, vətəndaşların müraciətlərinin araşdırılması, onların qəbula dəvəti, maarifləndirilməsi istiqamətində tədbirlər planının hazırlanması, ŞZRTİ-nə tabe sektorlarda vətəndaş məmnunluğu işinin təşkili istiqamətində görülən işlərin genişləndirilməsi, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Sonda Təhsil Nazirliyinin rəsmiləri tərəfindən idarə əməkdaşlarının qeyd olunan məsələlərlə bağlı sualları cavablandırılıb.