20.07.2022

Beynəlxalq Qiymətləndirmə Düşərgəsinin Oğuz rayonu üzrə iştirakçı müəllimləri və Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) fərqlənən məktəblilərlə görüş keçirilib

Oğuz Rayon Təhsil Sektorunda ARTİ və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsinin Oğuz rayonu üzrə iştirakçı müəllimləri və Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) fərqlənən məktəblilərlə görüş keçirilib.

Görüşdə təhsil sektorunun müdiri S.Nəbiyev müəllim və şagirdləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Beynəlxalq Qiymətləndirmə Düşərgəsinin iştirakçısı olmuş müəllimlərə və Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) fərqlənən məktəblilərə sertifikatlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,