18.07.2022

Regional şahmat turnirinin Oğuz rayonu üzrə mükafatlandırılma mərasimi keçirilib

Oğuz Rayon Təhsil Sektorunda 14 -15 iyul 2022-ci il tarixində Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “20 iyul - Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş regional şahmat turnirinin Oğuz rayonu üzrə mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Oğuz Rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev, UGİŞM-in direktoru N.Hüseynli, sektorun əməkdaşları iştirak edib.

Şahmat turnirinin nəticələrinə əsasən, 6-8 yaş qrupu üzrə I yerin qalib olan Oğuz rayon UGİŞM-in üzvü Yunuslu Gülşən və şahmat turnirinin digər iştirakçıları Oğuz Rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev tərəfindən fəxri fərmanla təltif edilib.


Açar sözlər: ,  ,