15.07.2022

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Oğuz rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, aparıcı məsləhətçi N.Rüstəmov və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Oğuz Rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev çıxış edərək məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılması, qarşıda duran məsələlər və görüləcək işlər barədə geniş məlumat verib.

Həmçinin məktəbəqədər təhsil müəssisələrində cari məsələlər, təhsilanların qiymətləndirilməsi ilə bağlı təlimatlar və qarşıda duran hədəflər müzakirə edilib.


Açar sözlər: ,  ,