14.07.2022

“20 iyul - Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş regional şahmat turniri keçirilir

14 -15 iyul 2022-ci il tarixində Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “20 iyul - Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş regional şahmat turniri keçirilir.

Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızların (170 nəfər) iştirakı ilə baş tutan şahmat turnirinin yekununda qalib olan 5 ən güclü şahmatçı üçün 3 beynəlxalq qrossmeyster - Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova tərəfindən 1 günlük ustad dərsləri təşkil olunacaqdır.

Qeyd edək ki, regional şahmat turninin təşkili regionlardakı qız və qadınların şahmata marağının artırılması, şəxsi və peşəkar inkişafına dəstək verilməsi, yerli və beynəlxalq təmsilçiliyinin artırılması, intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyır.


Açar sözlər: ,