14.07.2022

Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

Qəbələ rayonunun ümumtəhsil məktəblərində Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun müqayisəedilməz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması bu dəfə də təsdiqini tapdı. Həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev böyük qürur hissi ilə bildirirdi ki, erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində hərbçilərimizin göstərdiyi şücaət bir qəhrəmanlıq dastanına çevriləcək.

Bildirilib ki, Tovuz döyüşləri ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirdi. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirə bildi, zabit və əsgərlərimiz özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik, qələbə əzmində olduqlarını ortaya qoydu.

Tədbirlərdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər zabit və əsgərlər haqqında video-çarx nümayiş olunub. Şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.


Açar sözlər: ,