13.06.2022

"Duolingo pəncərəsi ilə Azərbaycandan dünyaya" layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin məktəb layihəsi üzrə qalibi olmuş "Duolingo pəncərəsi ilə Azərbaycandan dünyaya" layihəsinin bağlanış mərasimi keçirilib.

Hesabat tədbirində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun müdiri S.Nəbiyev, layihə rəhbəri Q.Süleymanova, layihənin moderatoru İ.Lətifov, qrup rəhbəri M.Zəkəryə, "Oğuz yurdu" qəzetinin baş redaktoru N.Hüseynov, ictimaiyyət nümayəndələri, təhsil idarəsinin nümayəndələri və "Duolingo" komandasının üzvləri iştirak edib.

Layihənin bugünədək keçdiyi əyləncəli öyrənmə prosesini əks etdirən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçısı Lalə Əlizadə uğur hekayəsini ingilis dilində təqdim edib.

Təhsil sektorunun müdiri S.Nəbiyev bu tipli layihələrin məktəblilər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, həm fərdi, həm də məktəb layihəsi üzrə qrant müsabiqələrində iştirakın vacibliyini qeyd edib.

Layihə rəhbəri Q.Süleymanova bildirib ki, komandanın üç iştirakçısı "Duolingo"nun rəsmi sertikat imtahanında uğurla iştirak edib.

İctimaiyyət nümayəndələri də çıxış edərək layihənin uğurla başa çatması münasibətilə layihənin icrasında əməyi keçən hər kəsi təbrik edib. Qeyd olunub ki, layihənin bir uğuru da onun rayonunun digər məktəblərində də təbliğ olunmasıdır.

Tədbirin sonunda video-çarx izlənilib və "Duolingo" komandasının fəal üzvləri sertifikat və hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,