13.06.2022

Milli Qurtuluş Gününə həsr edilən şahmat üzrə eynivaxtlı oyun seansı keçirilib

YAP Balakən rayon təşkilatı, rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi, Gənclər və İdman İdarəsinin birgə təşkilatlığı ilə "15 İyun-Milli Qurtuluş Günü"nə həsr edilən şahmat üzrə eynivaxtlı oyun seansı keçirilib.

Tədbirin açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev və digər qonaqlar çıxış edərək Qurtuluş Gününün dövlətçilik tariximizdə əhəmiyyətindən bəhs edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaqdan qurtuldu və onun siyasi davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ərazi bütövlüyümüzü təmin etdi.

Çıxışlardan sonra oyun seansı start götürüb. Şahmat üzrə idman ustası Vaqif Ocaqverdiyev 20 taxtada UGİŞM-in şagirdlərinə və həvəskar şahmatçılara eynivaxtlı oyun seansı təqdim edib.

Tədbirin bağlanış mərasimində fərqlənən şahmatçılara diplom və hədiyyələr təqdim edilib.

Sonda xatirə fotolar çəkdirilib.


Açar sözlər: ,