Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev Şəki rayon Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev məzunları və valideynləri təbrik edərək, məktəbi bitirən şagirdlərə arzu və istəklərini çatdırıb və Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan siyasətindən danışıb.
Daha sonra tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.