13.07.2022

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

İyulun 15-i saat 10:00-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

İmtahan Şəki şəhər 11 nömrəli tam orta məktəbin binasında keçiriləcək. (Ünvan: Şəki şəhəri, Bəşir Məmmədov, 1 )

Namizədlərə imtahanda tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.

İmtahan müddəti 80 dəqiqədir. İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Həmçinin namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil telefonlarına SMS bildiriş göndəriləcək.

Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.


Açar sözlər: ,