08.07.2022

"Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Zaqatala rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Zaqatala rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Zaqatala rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Zaqatala Rayon Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova, sektorun əməkdaşı Bəhruz Bayramov və Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəlalə Xəlilova iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində III yerə layiq görülmüş dərnək üzvü Abdurahmanlı Murada Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri təqdim edilib.

Tədbir şagirdlərin ifasında şeir və rəqslərlə davam edib.

Qeyd edək ki, festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş qaliblərin iştirakı ilə Şuşa şəhərində təşkil edilib.


Açar sözlər: ,  ,