08.07.2022

"Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Qəbələ rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Qəbələ şəhər 1 nömrəli tam orta məktəbində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Qəbələ rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Qəbələ Rayon Təhsil Sektorunun müdiri Arifə Bayramova və digər qonaqlar iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində III yerə layiq görülmüş Aydan Abbaszadəyə Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş qaliblərin iştirakı ilə Şuşa şəhərində təşkil edilib.

 

 

 


Açar sözlər: ,  ,