08.07.2022

Qurban bayramı münasibətilə tədbir keçirilib

ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz RayonTəhsil Sektorunun müdiri S.Nəbiyev, ATİAHİ Oğuz Rayon komitəsinin sədri F. İbrahimov, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı V.İsgəndərov, təhsil sektorunun əməkdaşları, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri iştirak edib.

Öncə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edib.

Tədbiri giriş sözü ilə ATİAHİ Oğuz rayon komitəsinin sədri F. İbrahimov açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Daha sonra Oğuz Rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev çıxış edərək iştirakçılara səmimi arzularını çatdırıb.

Tədbirin sonunda şəhid ailələrinə bayram münasibətilə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,