07.07.2022

"Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Balakən rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Balakən Rayon Təhsil Sektorunda "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Balakən rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Balakən Rayon Təhsil Sektorunun müdiri Elçin Musayev, sektorun əməkdaşları və digər qonaqlar iştirak iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində II yerə layiq görülmüş Talalar 1 nömrəli kənd tam orta məktəbin şagirdi Fidan Dobbuyeva və III yerə layiq görülmüş Akademik Z.Əliyeva adına şəhər 3 nömrəli məktəbin şagirdi Zəhra Xalilbekovaya Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş qaliblərin iştirakı ilə Şuşa şəhərində təşkil edilib.