06.07.2022

Beynəlxalq Qiymətləndirmə Düşərgəsində iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub

ARTİ və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsinin Balakən rayonu üzrə iştirakçı müəllimləri ilə rayon Təhsil Sektorunda görüş keçirilib.

Görüşdə Balakən Rayon Təhsil Sektorunun müdiri Elçin Musayev və sektorun digər əməkdaşları iştirak edib.

Beynəlxalq Qiymətləndirmə Düşərgəsinin iştirakçısı olmuş müəllimlər düşərgə barədə təəssüratlarını bölüşüb. Həmçinin növbəti tədris ilində beynəlxalq qiymətləndirmə ilə bağlı təcrübənin rayonun digər müəllimləri ilə bölüşülməsi və tətbiqi istiqamətində fəaliyyətlər müzakirə edilib.

Sonda Beynəlxalq Qiymətləndirmə Düşərgəsində iştirakla bağlı sertifikatlar müəllimlərə təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi 27-29 iyun tarixlərində Şəki şəhərində keçirilib. Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, qiymətləndirilmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.


Açar sözlər: ,  ,