06.07.2022

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin Şəki rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin Şəki rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Şəki şəhəri üzrə Təhsil Sektorunun nümayəndəsi və digər qonaqlar iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində I, II və III yerə layiq görülmüş Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival-müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilib.

Festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.