Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" məktəblilərin IV Respublika müsabiqəsinin zona mərhələsi keçirilib.
Zona mərhələsində müxtəlif rayonların dərnək üzvləri "Arıçılıq", "Tərəvəzçilik" və s. nominasiyaları üzrə iştirak ediblər.
Qeyd edək ki, “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-cı illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi məqsədilə keçirilir.
Eyni zamanda müsabiqə ekoloji təmiz kənd təsərrüfatının inkişafi və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair məktəblilərin maarifləndirilməsindən ibarətdir.