Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.
Ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizəni davam etdirib.
Final mərhələsinin yekunlarına görə Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası üçüncü yeri tutub.