05.07.2022

"Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Qax rayonu üzrə qalibinin mükafatlandırılması mərasimi keçirilib

Qax rayonunda "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Qax rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Qax Rayon Təhsil Sektorunun müdiri Babək Heydərov və digər qonaqlar iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində II və III yerə layiq görülmüş Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş qaliblərin iştirakı ilə Şuşa şəhərində təşkil edilib


Açar sözlər: ,