05.07.2022

İdarə müdiri Balakəndə vətəndaşları qəbul edib

İyulun 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Balakən şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulunda 31 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, dərs yükü və digər mövzulara bağlı müraciət edilib.

Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: