25.06.2022

"Coca-Cola Məktəbli Kuboku"nun respublika mərhələsi başa çatıb

"Coca-Cola" şirkətinin sponsorluğu,Təhsil Nazirliyinin dəstəyi və AFFA -nın təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin VII sinif şagirdləri arasında keçirilən "Coca-Cola Məktəbli Kuboku"nun respublika mərhələsi baş tutub.

Minifutbol üzrə final mərhələsinin nəticələrinə əsasən, respublika üzrə I yeri Sumqayıt, II yeri Zaqatala rayon Sumaylı kənd tam orta məktəbin komandası tutub.

Qeyd edək ki, yarış uşaq idmanına göstərilən qayğını, diqqəti daha da artırmaq, məktəblilər arasında futbolun kütləviliyini və inkişafını təmin etmək məqsədilə keçirilir.

 


Açar sözlər: ,  ,