Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 24 iyun 2022-ci il tarixində Qəbələ və Oğuz rayonlarında keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu iyunun 28-nə təxirə salınıb.
Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək. Vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
Qeyd edək ki, qəbulda Qəbələ və Oğuz rayonlarında qeydiyyatda olan sakinlərin, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub.