23.06.2022

Çalışmanın yaş həddinə çatmış Vaqif Əliyev adına Qax şəhər 3 nömrəli tam orta məktəbin direktoru Qalina Şəfiyeva ilə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunda çalışmanın yaş həddinə çatmış Vaqif Əliyev adına şəhər 3 nömrəli tam orta məktəbin direktoru Qalina Şəfiyeva ilə görüş keçirilib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, təhsil sektorunun müdiri Babək Heydərov, təhsil sektorunun əməkdaşları və məktəbin pedoqoji kollektivi iştirak edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova Qalina Şəfiyevanı təbrik edərək Təhsil Nazirliyinin təşəkkürnaməsini ona təqdim edib.

Təhsil sektorunun müdiri Babək Heydərov çıxışında Qalina Şəfiyevanın məhsuldar və nümunəvi işi ilə fərqlənən, öz kollektivinin və rayon ictimaiyyətinin böyük hörmətini qazanan, işlədiyi təhsil müəsisəsində yüksək göstəricilərə nail olan və vəzifə borcunu ləyaqətlə yerinə yetirən direktor olduğunu qeyd edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.


Açar sözlər: ,