26.06.2022

Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib

İyunun 26-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərlə görüş keçirib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev, müdir müavini Gunay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasıyeva və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər qatılıb.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin misilsiz rəşadətindən, əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb, bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb. İdarə müdiri ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Daha sonra Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi ilə xatirə şəkli çəkdiriblər.


Açar sözlər: ,