26.06.2022

Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat yarışı keçirilib

Oğuz rayon UGİŞM-də rayon ümumi təhsil müəsisələrinin şagirdləri arasında "26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nə həsr olunmuş şahmat yarışı keçirilib.

Yarışın açılış mərasimində YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun müdiri S.Nəbiyev, Gİİ-in rəisi R.Mahmudov, UGİŞM-in direktoru N.Hüseyni, məşqçi müəllimlər, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.

Daha sonra çıxış edənlər ölkəmizdə aparılan ordu quruculuğundan, bu sahəyə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Yarışda 5 yaş qrupu üzrə 62 məktəbli mübarizə aparıb. Yarışın qaliblərinə rayon təhsil sektorunun müdiri S.Nəbiyev tərəfindən diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,