04.07.2022

"Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Oğuz rayonu üzrə qalibinin mükafatlandırılması mərasimi keçirilib

Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsinin Oğuz rayonu üzrə qalibinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev və digər qonaqlar iştirak edib.

Təltifetmə mərasimində "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festival-müsabiqəsində II yerə layiq görülmüş dərnək üzvü Murad Ziyayevə fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş qaliblərinin iştirakı ilə Şuşa şəhərində təşkil edilib.


Açar sözlər: ,  ,