İyunun 28-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.
Keçirilən qəbulunda 35 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs yükü və digər mövzulara bağlı müraciət edilib.
Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Növbəti səyyar qəbulun Qax və Balakən rayonlarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.