Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunda "Zərərli vərdişlər, erkən nikah və onlara qarşı mübarizə" mövzusunda məktəb psixoloqları ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə təhsil sektoru, rayon İcra Hakimiyyəti və "Gənclər evi" sosial xidmət müəssisəsinin əməkdaşları iştirak edib.
Çıxışlarda bildirilib ki, ölkə qanunlarına əsasən, 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır.
Çıxışlarda erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar arasında aparılmasının kifayət olmadığı bildirilib. Ona görə də maarifləndirməyə eyni zamanda müəllimlərin, bölgənin nüfuzlu nümayəndələrinin və valideynlərin cəlb edilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, zərərli vərdişlərə, erkən nikaha qarşı mübarizə aparmağın əsas yolu onların fəsadları barədə uşaq və valideynlər arasında maarifləndirmə işlərinin, vaxtın səmərəli keçirilməsi ilə bağlı müxtəlif fəaliyyətlərin təşkili, sağlam həyat tərzinin təbliğidir.
Tədbirin sonunda mövzu ilə bağlı diskussiya aparılıb, suallar cavablandırılıb.