27-29 iyun tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə yekun vurulub. Düşərgədə regional idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim iştirak edib.
Qeyd edək ki, düşərgənin əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarətdir.