01.07.2022

İlin yekunlarına həsr olunan tədbir keçirilib

Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində ilin yekunlarına həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin rəhbəri Elina Əliyeva dərnək üzvlərinin cari tədris ili ərzində respublika və beynəlxalq səviyyəli müsabiqələrdə qazandıqları uğurlarından, nəaliyyətlərindən bəhs edib.

Tədbirdə dərnək üzvlərinin əl işlərindən və rəsmlərdən ibarət sərgisiyə baxış keçirilib, cari tədris ili ərzində müxtəlif müsabiqələrdə qalib olan dərnək üzvlərinin ifasında şeir, mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.

Tədbirin sonunda müsabiqələrdə uğur qazanan dərnək üzvləri diplom və tərifnamələrlə təltif olunub.


Açar sözlər: ,  ,