Balakən rayon Qaysa kənd tam orta məktəbində "Erkən nikah və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Balakən Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquq müdafiəsi üzrə məsul katibi Gültac Əfəndiyeva, həmin komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Arzu Əliyeva, rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə uşaq inspektoru Sahil Bayramov, rayon Mərkəzi Xəstəxananın doğum şöbəsinin baş ginekoloqu Nərgiz Bicilova, Balakən rayon Qabaqçöl qəsəbə tam orta, Şərif 1 nömrəli kənd tam orta, Meşəşambul kənd tam orta, Qazbölük kənd tam orta, Xalatala kənd tam orta, Qaysa kənd tam orta məktəbinin psixoloq, UBR, təşkilatçı müavinləri, həmin məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin valideynləri, məktəb rəhbərliyi və digər qonaqlar iştirak edib.
Maarifləndirici görüşdə rayon Təhsil Sektorunun, RİH-nin, Polis Şöbəsi və Mərkəzi Xəstəxananın əməkdaşları çıxış edərək ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın baş vermə səbəbləri, nəticələri, fəsadları, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, erkən nikah və zərərli vərdişlərdən uşaq və yeniyetmələrin qorunması, mübarizəsi istiqamətində valideynlərə müvafiq tövsiyələr verilib.
Sonda auditoriyanın sualları cavablandırılıb, mövzu ilə bağlı valideynlərin fikirləri dinlənilib, qarşılıqlı müzakirə aparılıb.