27.05.2022

Direktorlarla onlayn görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə onlayn görüş keçirilib.

Onlayn görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Regional İdarənin müdir müavini Günay Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Görüşdə məktəb direktorlarına 4-cü siniflərdə milli qiymətləndirilmənin keçirilməsi, nəzarətçilərin seçilməsi və imtahanların təşkil edilməsi qaydaları izah edilib.

Daha sonra müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,