Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə 2010-2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən basketbol idman növünün respublika birinciliyinə yekun vurulub.
Yarışın nəticələrinə əsasən Şəki rayon Şorsu kənd tam orta məktəbinin qızlardan ibarət komandası birinci yerə çıxaraq respublika birincisi və Şəki şəhər 8, 12 nömrəli tam orta məktəbin oğlanlardan təşkil olunmuş yığmaq komanda isə respublika üçüncüsü olublar.
Qazandıqları uğura görə komandanın üzvləri və məşqçi müəllimlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Basketbol Federasiyası tərəfindən kubok, diplom və medallarla təltif ediliblər.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.