Təhsil naziri Emin Əmrullayevin 2022-ci il 10 may tarixli əmrinə əsasən, 7 iyun tarixində ölkə üzrə ibtidai təhsil səviyyəsinin lV sinfində təhsil alan şagirdlər arasında tədris dili və riyaziyyat üzrə qiymətləndirmə monitorinqi keçirilib.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.