09.06.2022

Məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

İyunun 9-da Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Şəki rayon ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev, müdir müavini Gunay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etmək, qarşıda duran strateji hədəflərlə bağlı söhbət aparılıb

Daha sonra müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,