Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov, məktəbin müəllimləri və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Daha sonra tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirdiyini, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirdiyini bildiriblər. Həmçinin ulu öndərin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.
Sonda şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.