11.04.2022

"Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival- müsabiqəsinin rayon mərhələsi keçirilir

Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində "Şuşa ili" nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival- müsabiqəsinin rayon mərhələsi keçirilir.

Müsabiqə rəqs, təsviri-incəsənət və dekorativ tətbiqi-sənət, dram sənəti, bədii qiraət, mahnı və xalq çalğı alətləri nominasiyaları üzrə təşkil edilir.

Qeyd edək ki, müsabiqənin  keçirilməsində məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.


Açar sözlər: ,  ,