24.04.2022

Müəllimlər arasında şahmat yarışı keçirilib

Şəki Şəhər Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin təşkilatçılığı ilə Şəki rayon ümümtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Qaliblərə Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin diplomu və hədiyyələri təqdim olunub.


Açar sözlər: