Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon ümumi təhsil və məktəbəqədər müəssisələrinin rəhbər və tibb heyəti işçiləri üçün seminar-müşavirə keçirib.
Şəki Rayon Mərkəzi Xəstəxanasının akt zalında təşkil olunan maarifləndirmə tədbirində ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri iştirak ediblər.
Seminar-müşavirədə uşaq və yeniyetmə müəssisələrində çalışan obilqat qrup işçilərinin müayinədən keçmələrini, uşaq və yeniyetmələrin dərin tibbi müayinələrinin düzgün təşkili, uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilən tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, spirtli içki və tütünün zərərlərindən geniş bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb