06.04.2022

Basketbol üzrə zona birinciliyi Şəki məktəblilərinin qələbəsi ilə başa çatıb

Şəki şəhər 11 nömrəli tam orta məktəbin idman zalında oğlanlardan və qızlardan ibarət komandalar arasında basketbol üzrə zona birinciliyinin yekun nəticələrinə əsasən Şəki məktəbliləri birinci, Zaqatala məktəbliləri ikinci, Oguz məktəbliləri isə üçüncü yerlərə sahib olublar.

Keçirilən zona yarışında ilk iki yeri tutan Şəki və Zaqatala komandaları respublika birinciliyinin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə 2010-2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında basketbol idman növünün zona birinciliyinə Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıblar.


Açar sözlər: ,