Aprelin 2-də Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Olimpiadada rayon ümumtəhsil məktəblərinin V sinfində təhsil alan 245 nəfər şagird iştirak edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği,həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək,yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.