Aprelin 3-də Şəki şəhər 11 nömrəli tam orta məktəbində və Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib. Müsabiqədə 605 nəfər şagird iştirak edib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Qeyd edək ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilib.