01.04.2022

Tərbiyə işləri üzrə direktor müavinləri və UBR rəhbərləri ilə seminar keçirilib

Aprelin 1-də Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində rayonun bütün təhsil müəssisələrindən olan tərbiyə işləri üzrə direktor müavinlərinin və UBR rəhbərlərinin iştirakı ilə seminar keçirilib.

Seminarda Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Elxan Abdullayev və  şöbəsinin əməkdaşları, direktor müavinləri və UBR rəhbərləri  iştirak ediblər.

Görüşdə təhsil nazirinin müvafiq əmrinə əsasən keçiriləcək “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsidən irəli gələn vəzifələri və görüləcək işlərlə bağlı söhbət aparılıb.

Daha sonra bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,  ,