01.04.2022

Basketbol idman növü üzrə zona birinciliyinə start verilib

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında basketbol idman növü üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında zona birinciliyinə start verilib.

Şəki şəhər 11 nömrəli tam orta məktəbin idman zalında keçirilən idman yarışında zona mərhələsinə vəsiqə qazanan Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları iştirak edirlər.

Yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İdman yarışında  çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Elxan Abdullayev məktəbli idmançıları salamlayaraq onların sağlam və gümrah böyümələri üçün bu cür idman oyunlarının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.


Açar sözlər: ,