18.03.2022

Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib

Şəki rayon  ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə Novruz bayramı qeyd edilib.

Təhsil şöbəsinin əməkdaşlarının, müəllim və şagirdlərin qatıldıqları tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə ətraflı məlumat verilib. 

Tədbirlərdə məktəblilər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər  bacarıqlarını nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,