Martın 18-də Şəki şəhər B.Vahabzadə adına 1 nömrəli tam orta məktəbdə Frankofoniya şənliyi keçirilib.
Şənlikdə məktəbin müəllim və şagird kolkektivi ilə yanaşı, Azərbaycan Fransız İnstitutunun direktor müavini Conatan Ünlü, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti əvəz edən Elxan Abdullayev, Azərbaycan Dillər Universitetinin, ADPU-nun Şəki filialının və rayonun ümumtəhsil məktəblərinin fransız dili müəllimləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti əvəz edən Elxan Abdullayev bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.
Sonda Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.