18.03.2022

Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib

Martın 18-də Şəki rayonu üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında keçirilən görüşdə Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları, qalib şagirdlər, onların məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edənlər məktəblilər arasında keçirilən müsabiqələrin məqsədi, təhsil sahəsində dövlətin həyata keçirdiyi tədbirlər, eyni zamanda rayon təhsilinin bu ilə olan nailiyyətlərindən danışılıblar.

Məktəbliləri nailiyyətləri münasibətilə təbrik edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir vəzifəsini icra edən Elxan Abdullayev onları Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif edib.

Sonda məktəblilərlə xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,