12.03.2022

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

Martın 12-də Şəki rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

İmtahan səkkiz mərkəzdə - Şəki şəhər 8, 11, 12, 14, 17, 20 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseyi və Qoxmuq kənd tam orta məktəbində karantin rejimi qaydalarına riayət edilməklə təşkil olunub. İmtahanda 1806 nəfər şagird iştirak edib.

İmtahan bütün mərkəzlərdə 11:00-da başlanıb, 14:00-da başa çatıb.

Qeyd edək ki, imtahanların idarə olunmasına 21 imtahan rəhbəri və 168 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 140 otaq ayrılıb.


Açar sözlər: ,