Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar IX-X-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.
Müsabiqənin bu mərhələsində 29 nəfər rayon məktəblisinin təqdimatı dinlənilib.
Qeyd edək ki, iştirakçıların çıxışı hər bir meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndiriləcək.