Martın 10-da Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn müşavirə keçirilib.
Onlayn müşavirədə Şəki Şəhər Təhsil Şöbəsinin müdir vəzifəsini icra edən Elxan Abdullayev, şöbənin əməkdaşları və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə fənn olimpiadalarının yarımfinal turunun nəticələri və final turuna hazırlığın təşkili, mart ayının 12 -də keçiriləcək buraxılış imtahanlarında XI sinif şagirdlərinin mütəşəkkil iştirakına nail olunması, təlim keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş məktəbdaxili monitorinqlərin keçirilməsi, tədris-pedaqoji sənədlərin, hesabatların düzgün və vaxtında işlənilməsi, istedadlı şagirdlərin müxtəlif müsabiqələrdə fəal iştirakınln təmin olunması və digər bir sıra cari məsələlər müzakirə olunmuşdur.
Sonda görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndirilib.